“Düşməni planlı şəkildə vurub çıxarırıq” – “Strateji planda hər şey çoxdan həll olunub”

14-08-2022, 12:45           
“Düşməni planlı şəkildə vurub çıxarırıq” –
Ukrayna Prezidenti Ofisi başçısının müşaviri Aleksey Arestoviç əmindir ki, Qərb elitaları artıq onu müzakirə etmirlər ki, Ukrayna Rusiya ilə müharibədə qalib gələcəkmi.

«Feygin LİVE»-nin efirindən onun qeyd etdiyi kimi, bu, artıq həll olmuş məsələdir.

«Bu müharibə çoxdan ekzistensial xarakter daşımağını itirib, o, planlı xarakter daşıyır… Biz, düşməni planlı şəkildə vurub çıxarırıq, bizə plan üzrə silah-sursat verilir, maliyyə, siyasi kömək göstərilir. Hər şey plan üzrə gedir, o cümlədən, sanksiyaların tətbiqi də. Bu kursdan imtina heç bir şəraitdə olmayacaq. Və biz, Rusiya ordusunu oradan plan üzrə çıxarırıq. Bu, həll olmuş məsələdir, o, sadəcə müəyyən vaxt tələb edir, bu, müəyyən olunmuş qaydadır - rutindir. Əlbəttə, taktiki, operativ səviyyədə hələ gözlənilməz hadisələr, döyüşlər, xoşagəlməz hallar olacaq, amma strateji planda hər şey çoxdan həll olunub» - o, deyib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru