İran nüvə duzsuzlaşdırma zavodu tikəcək

15-08-2022, 09:51           
İran nüvə duzsuzlaşdırma zavodu tikəcək
Tehran dəniz suyunun duzsuzlaşdırılması zavodunun istismarı üçün Buşehrdə iki yeni atom enerji blokundan istifadə etməyi planlaşdırıb.

TEREF Trend-ə istinadən bildirir ki, Buşehr əyalətinin qubernatoru Əhməd Məhəmmədizad avqustun sonunda nüvə duzsuzlaşdırma zavodu layihəsinin faktiki icrasına başlandığını elan edib.

İranın Atom Enerjisi Təşkilatı tikintidə iştirak edəcək.

Artıq Buşehrdəki atom elektrik stansiyası saatda təxminən bir giqavatt elektrik enerjisi istehsal etmək gücündədir.

Onun bir reaktoru var. Bu, ölkədə işləyən yeganə atom elektrik stansiyasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru