İranın B planı – Avropanın gözlədiyi cavab gecə veriləcək

16-08-2022, 00:06           
İranın B planı – Avropanın gözlədiyi cavab gecə veriləcək
İranın B planı – Avropanın gözlədiyi cavab gecə veriləcək
İran bu gün gecə yarısına qədər Avropa İttifaqının yekun təklifinə cavab verəcək.

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Cavabımız bu gecə saat 12-də Avropa İttifaqında veriləcək. Üç məsələ var, həll olunarsa, yaxın günlərdə razılığa gələ bilərik", - nazir bildirib.

XİN başçısı, həmçinin "danışıqlar uğursuz olarsa, Vaşinqton kimi bizim də öz B planımız var", - deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı 2015-ci ilin nüvə sazişi ilə əlaqədar “yekun” təklif irəli sürüb və bir neçə həftə ərzində İrandan cavab gözləyir.

Xatırladaq ki, İranın nüvə proqramını məhdudlaşdıran saziş 2015-ci ildə imzalanıb. ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra müqavilədən çıxdığını elan edib. Bayden prezident seçildikdən sonra nüvə sazişinin bərpa ediləcəyini bildirib. Vyanada bir sıra danışıqlar aparılsa da, mart ayından etibarən müzakirələr dayandırılıb. Buna səbəb Tehranın Vaşinqtondan İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-ın terrorçu təşkilatlar siyahısından çıxarmaqda israr etməsi olub.

Sazişin tərəfləri Almaniya, İngiltərə, Çin, Fransa və Rusiyadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.