"Putinin hədəfləri dəyişdi- o, artıq atəşkəsə can atır..."- Məşhur Rusiya siyasətçi və publisisti

16-08-2022, 11:45           
"Putinin hədəfləri dəyişdi- o, artıq atəşkəsə can atır..."-
"O, Ukrayna ilə barışıq üçün yalvarmaqdan ötrü Qərbə “elçilər” göndərib..."

"Hazırda Rusiya prezidenti Vladimir Putin artıq geosiyasi məqsədlər və Ukraynanın məhvi üçün deyil, həyatı uğrunda mübarizə aparır. Rusiya ordusu ilkin olaraq qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcəyini göstərdi".

Moderator.az xəbər verir ki, bu fikirləri "Kanal 24"-ün efirində rusiyalı publisist və müxalif siyasətçi Andrey Piontkovski ifadə edib.

Onun fikrincə, Putin Ukrayna ordusunun əks-hücumunu dayandırmaq və Rusiyada siyasi fəlakətə səbəb olacaq Xersonun azad edilməsinin qarşısını almaq üçün atəşkəs əldə etməyə çalışır.

“Səhəri gün isə "Qu gölü" baletinin nümayişləri arasında bildirilməlidir ki, yoldaş Putin “Ukrayna məsələsində” bir sıra ciddi səhvlərə yol verib və səhhətinə görə daha Rusiyanın prezidenti vəzifələrini yerinə yetirə bilmir” - deyə Piontkovski proqnozlaşdırır.

Xatırladaq ki, bir müddət öncə Rusiya hərbi komandanlığının Xersondan qaçdığı bildirilmişdi.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Arestoviç isə bildirib ki, Rusiya prezidenti Putin Ukrayna ilə barışıq üçün yalvarmaqdan ötrü Qərbə “elçilər” göndərib.



Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru