Putin Ukraynadakı hədəflərini dəyişdi

17-08-2022, 12:45           
Putin Ukraynadakı hədəflərini dəyişdi
Rusiya Prezidenti Vladimir Putin hələ də bütün Ukraynanı işğal etmək istəyir, lakin Kreml bunu mümkün qədər təhrif etməyə çalışır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiyanın strateji məqsədləri dəyişməz olaraq qalır: Kiyevdə rejim dəyişikliyinə nail olmaq və Ukraynanın əksər hissəsinə ərazi nəzarətini təmin etmək”, - məlumatda deyilib.

Qeyd olunur ki, Putinin avqustun 15-də “Ordu-2022” forumunda çıxışı hər şeyə aydınlıq gətirir:

“Kreml rəhbəri çıxışında Rusiya və “Donbas” qüvvələrinin Rusiya uğrunda döyüşdüyünü və Donbası “azad etdiyini” bəyan edir. Daha sonra Putin Rusiyanın Ukraynadakı müharibəsinin məqsədlərindən danışır. Donbasdan kənar ərazilərin adını çəkmir. Bu onun əvvəllər bəyan etdiyi bütün Ukraynanın “denasifikasiya” və “demilitarizasiya” siyasətilə kəskin ziddiyyət təşkil edir. Putinin bəyanatı Rusiyanın Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələrinin Rusiyaya birləşdirilməsi istiqamətindəki hərəkətləri ilə də bir araya sığmır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru