Lavrova viza verilmədi - Belə də olurmuş...

18-08-2022, 10:35           
Lavrova viza verilmədi -
Amerika Birləşmiş Ştatları BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək tədbirlərdə iştirak edənlərə vizaların verilməsində xüsusi məsuliyyət daşıdığını başa düşür.

TEREF teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasının sentyabrda keçiriləcək növbəti sessiyasında iştirak planlarını şərh edərkən deyib.

Prays ABŞ-ın rusiyalı nazirə və onun nümayəndə heyətinin üzvlərinə viza verəcəyini açıq şəkildə təsdiqləməyib.

Həmçinin, mətbuat katibi daha əvvəl viza məsələlərini müzakirə etmək üçün Dövlət Departamentinə səfər etmək niyyətində olduğunu bildirən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bəyanatını da şərh etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru