"Rus donanması Krımın vurulmasından sonra müdafiəyə çəkilib" - CNN

20-08-2022, 12:21           
"Rus donanması Krımın vurulmasından sonra müdafiəyə çəkilib" - CNN
Qara dəniz donanması bir sıra uğursuzluqlardan sonra artıq müdafiəyə keçib. AzVision.az xəbər verir ki, bu barədə CNN Qərb rəsmilərinə istinadən məlumat yayıb. Rəsmilər bildiriblər ki, ötən həftə Krımda "Saki" aviabazasına edilən zərbələr zamanı Qara Dəniz Donanmasının dəniz aviasiyasının ən azı yarısı sıradan çıxarılıb..

Nəşrin məlumatına görə, donanmanın dəniz aviasiyası, 34-cü Dəniz Hücum Aviasiya Alayına ümumi gücü təxminən iyirmi döyüş təyyarəsi (Su-24M və Su-30SM təyyarələri daxil olmaqla) olan iki eskadrilya daxildir. İlkin hesablamalara görə, hücum zamanı azı yeddi, yaxud da 10 təyyarəyə ziyan vurulub və ya məhv edilib.

Qəzet yazır ki, Rusiyanın Krımdakı başqa iki bazasında hələ də onlarla döyüş təyyarəsi var. Lakin onlar xüsusi olaraq Qara dəniz donanmasına bağlanmayıblar.

Ehtimal olunur ki, Ukrayna qüvvələri Rusiyanın qurduğu cəbhə xəttinin arxasında aktiv şəkildə fəaliyyət göstərəcəklər. Cənubda təşkil edilən növbəti hücumlar müharibənin gedişatına strateji təsir edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru