On-line savaşda Putin həm Ukraynaya, həm də Qərbə biabırcasına uduzur...
20-08-2022, 18:48

On-line savaşda Putin həm Ukraynaya, həm də Qərbə biabırcasına uduzur...
"Rusiyanın Ukraynaya qarşı kibermüharibəsi ukraynalı mütəxəssislərin dayanıqlı, peşəkar və effektiv müqaviməti ilə üzləşib"
"Rusiyanın beynəlxalq aləmdə dezinformasiya kampaniyalarına qarşı müqavimət göstərilməlidir"
Rusiya qonşu ölkədə yarım ildir davam edən döyüş əməliyyatları ərzində Ukrayna üzərində nəinki döyüş meydanında, həm də kiberməkanda qalib gələ bilmir. Putin informasiya müharibəsini də uduzur.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın hökumət rabitəsi Mərkəzinin (GCHQ) rəhbəri Ceremi Flemming "Economist" qəzetini üçün müsahibəsində bəyan edib.
Flemminqin sözlərinə görə, Rusiyanın rəqəmsal və informasiya məkanında hərbi müdaxilənin əvvəlindən işi alınmayıb.
İnformasiya əməliyyatları bacarıqsız olub. Rusiyalı hərbçilərin Ukraynanın rəqəmsal infrastrukturunu dağıtmaq və rəqəmsal vasitələrlə ixtilaf toxumu səpmək cəhdləri ukraynalı mütəxəssislərin dayanıqlı, peşəkar və effektiv müqaviməti ilə üzləşib, - Flemminq qeyd edib və vurğulayıb ki, müdafiə Rusiyanın gözlədiyindən daha güclü olub.
Bu zaman, taleyin istehzası ilə, Rusiyanın hücumları onun özünün kiberməkanında uğursuzluqlara səbəb olub, məsələn, Rusiya hərbçiləri yoluxdurmaq istədikləri sosial şəbəkələri sıradan çıxarıb, bu da ukraynalıları alternativ və daha təhlükəsiz kommunikasiya üsullarından istifadə etməyə sövq edib, Flemminq yazıb.
"Bu gün üçün Putin bütövlükdə həm Ukraynada, həm də Qərbdə informasiya müharibəsini uduzub. Bu, sevinc üçün səbəb olsa da, başqa ölkələrdə Rusiyanın dezinformasıyasının təsirini azaltmaq olmaz", - o, belə yazıb.
Flemminqin sözlərinə görə, Rusiya və Ukraynanın insanların şüuruna təsir etmək uğrunda kibermüharibəsi döyüş meydanından kənarda olsa da, eyni dərəcədə sərt və dağıdıcıdır.
O, Rusiyanın hərəkətlərinin beynəlxalq aləmdə qəzəbini ört-basdır etməmək üçün Rusiyanın dezinformasiya kampaniyalarına qarşı müqavimət göstərməyə çağırış edib.