Rusiya Azadlıq Ordusu məsuliyyəti üzərinə götürdü - “Darya Duginanı biz öldürdük”

22-08-2022, 08:16           
Rusiya Azadlıq Ordusu məsuliyyəti üzərinə götürdü -
Rusiya Milli Respublika Ordusu Darya Duginanın ölümü ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

Azpost.info bildirir ki, bu barədə özünün Youtube kanalında Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryev bildirib.

“Rusiya ərazində törədilən digər aksiyalar kimi bu aksiya da Milli Respublika Ordusu tərəfindən reallaşdırılıb. Biz “Pospartizan” resursu ilə həmin qurumun döyüşçüləri ilə əlaqə yaratmışıq. MRA mənə öz manifestlərini oxumaq üçün vəkalət verib”-deyə sabiq deputat vurğulayıb.

Daha sonra Ponomaryev Bəyanatı oxuyub. Sənəddə deyilir ki, Respublika Ordsunun döyüşçülərini müharibə səbəbkarlarına, qarətçilərə və Rusiya xalqlarına zülm edənlərə qarşı olan fəallar, hərbçilər və siyasətçilər təşkil edir.

MRA bəyan edib ki, Putin məhv ediləcək. Qurum öz hədəfləri sırasında Rusiyanın hökümət üzvlərinin, korrupsioner biznesmenlərin, güc strukturlarının və hərbi yük daşıyan işçilərin olduğunu açıqlayıb.

“Biz prezident Putini hakimiyyəti ələ keçirməkdə ittiham və hərbi cinayətlərdə əli olduğunu, slavyan xalqları arasında qardaş qırğını saldığını, rus əsgərlərini labüd və mənasız ölümə göndərdiyini bəyan edirik”-deyə Bəyanatda deyilir.

“MRA mülki obyektlərə hucum etməyəcəyini vəd edib.

Ponamaryev bildirib ki, Ukraynada rus hərbçilərinin Rusiya Könüllü Korpusu və Azad Rusiya Legionu döyüşür.

Qeyd edək ki, dünən “rus dünyası” ideyasının rəhbəri, filosof Duginin qızının avtomobilinə bomba qoyulub. Partlayış nəticəsində Darya Dugina həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru