Putindən DÜNYAYA MESAJ: "Rusiya qüdrətli dövlət kimi..."

22-08-2022, 10:45           
Putindən DÜNYAYA MESAJ: "Rusiya qüdrətli dövlət kimi..."
"Rusiya qüdrətli və müstəqil dövlət kimi dünya miqyasında yalnız öz fundamental maraqlarına cavab verən siyasət aparacaq".

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Bayrağı Günü münasibətilə müraciətində bildirib.

Rusiya liderinin sözlərinə görə, kənar diktələrə yol vermədən öz iradəsinə uyğun yaşamaq istəyi rusların genetik kodunun bir hissəsidir.

Dövlət başçısı əlavə edib ki, Rusiya heç vaxt ənənəvi dəyərlərə sadiqlikdən kənara çıxmayacaq.

"Rusiya güclü, müstəqil dünya dövlətidir. Biz beynəlxalq arenada yalnız Vətənin köklü maraqlarına cavab verən siyasət yeritməkdə qətiyyətliyik ", - deyə prezident bildirib .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru