Daha 10 nəfər öləcək - Masis terrorunun təfərrüatı - VİDEO

22-08-2022, 11:56           
Daha 10 nəfər öləcək -
Bir neçə gün öncə Masis meriyasının binasında baş vermiş terror aktının bütün hallarının aydınlaşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Sözügedən hadisə barədə məlumat Ermənistan Polisinin Operativ İdarəetmə Mərkəzinə avqustun 15-də daxil olub. Bildirilib ki, 36 yaşlı Masis sakini bir qrup şəhər məmuru ilə problemi olduğunu deyib və az sonra özünün və daha 10 nəfərin öləcəyini bildirib. Həmin gün saat 21:20 radələrində o, Masis meriyanın binasına gedərək, içəri girib, gözətçini söyüb və itələyib, daha sonra 4-cü mərtəbəyə qalxıb və oradan həyətə qumbara atıb və iki dəfə atəş açıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin gün saat 00:30 radələrində Masis şəhər merinin 4-cü mərtəbədə yerləşən ofisində baş nayihəsindən güllə yarası alan 36 yaşlı kişinin meyiti tapılıb.

Meriyanın inzibati binasının qarşısındakı ərazidə hadisə yerinə baxış keçirilərkən partlayış ocağı və qəlpələrdən zədələnmiş “Mazda” və “Reno” markalı avtomobillər aşkar edilib.

36 yaşlı kişinin özünü öldürmə həddinə çatdırması faktı üzrə də əlavə cinayət işi başlanıb.

İbtidai istintaq zamanı dindirmələr, müsadirələr aparılıb və ekspertiza təyin edilib.

İbtidai istintaq davam edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru