İşğalçılar yenidən Dnepropetrovsk vilayətini atəşə tutublar. Bu dəfə ruslar ölülərlə «vuruşmaq» qərarına gəlblər - Marqansda qəbristanlığa atəş açıblar.
Qəbristanlığın atəşə tutulduğunu öz Teleqram-kanalında Nikolayevsk rayon hərbi administrasiyasının başçısı Yevgeni Yevtuşenko xəbər verib («UNİAN»).
O, danışıb ki, raşistlər Nikolayevsk rayonunu artilleriya ilə vurublar. Onlar özləri haraya tuşlayıblar - məlum deyil. Ancaq «dünyanın birinci ordusu» qəbristanlığı vurub.
«Bu gün axşam Rusiya Federasiyasının ordusu Marqans şəhərinin mərkəzi qəbristanlığa artilleriyadan atəş açıb» - o, qeyd edib.
Yevtuşenkonun postda yerləşdirdiyi videoyazıda qeyd olunur ki, təxminən 20 məzar dağılıb. Videoyazıda xeyli dağıntı görünür. “Raşistlər istədikləri hər şeyi məhv edirlər, ancaq həmişə yalan danışırlar ki, guya yalnız hərbi obyektləri nişan alırlar”.