Kreml üçün Rusiya dövləti Putindən daha vacibdir… - Yegana Hajiyeva yazır...
22-08-2022, 16:16

Darya Duqinanın öldürülməsi haqqında…
Rusiyada valideynlərindən biri ukrain olan 13 milyon rus var.
Ölkədə Putinə və hökümətinə aid olmayan , Ukranyada müharibənin ölkəsi üçün fəsadlarını anlayan, ölkəsini səmimi qəlbdən sevən və ən əsası fəxr edən milyonlarla vətəndaş var.
Ukrayna ilə müharibə sadəcə Rusiyanın növbəti müharibəsi deyil, Rusiyanın özünün özü ilə, öz tarixi ilə , öz dini ilə, öz xalqı ilə müharibəsidir.
Ancaq Rusiyanı tanımayanlar, Kremlin yazılmamış qanunlarını bələd olmayanlar hesab edə bilər ki, Darya Dugina kənar xüsusi xidmət orqanları tərəfindən öldürülüb.
Müharibənin ikinci ayında müsahibələrimdə Rusiyanın artıq post Putin erasına girməsi haqqında danışmışam.
Kreml bir-iki çaraboşnik sektantdan, mediadakı xəstə təbliğatçılardan , Rusiyanı inək kimi sağıb varlanan erməni kriminal qrupundan ibarət deyil.
Dünyanın müxtəlif yerlərində gizli, ofşor hesablarda Rusiya hakim komandaya yaxın fədlərin aktivləri bir siyahıdan ötürülübmüş kimi müəyyənləşdirilir, dondurulur.
Putinin pulqabıları bir-bir şübhəli şəkildə dünyasını dəyişir.
Növbə Putinin yaxın ətrafınındır… və bunların heç biri kənar xüsusi xidmətin işi deyil.
Kreml üçün Rusiya dövləti Putindən daha vacibdir…
Teref.az