Rusiya prezidenti Vladimir Putin mərhum jurnalist Darya Duqinanın ailəsinə başsağlığı verib.
TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bununla bağlı Putinin Telegram kanalında mətn yerləşdirilib.
“Əclaf, qəddar cinayət Darya Duqinanın həyatını kəsdi. Əsl rus ürəyi olan parlaq, mehriban, istedadlı bir insan idi. Jurnalist, alim, filosof, müharibə müxbiri kimi xalqa, Vətənə vicdanla xidmət etdi. Öz əməli ilə vətənpərvər olduğunu sübuta yetirdi”, - deyə paylaşımda qeyd edilir.