Ukrayna Rusiyanın dərinliyini vuracaq - Kiriçevski

23-08-2022, 09:59           
Ukrayna Rusiyanın dərinliyini vuracaq - Kiriçevski
“Vulkano” yüksək dəqiqlikli artilleriya mərmiləri 80 kilometrə qədər məsafədə düşmən hədəflərini məhv etmək xüsusiyyətinə malikdir.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Kiriçevski deyib.

“Mərmilər Fransanın “Sezar” özüyeriyən silahları və Almaniya haubitsaları ilə (Panzerhaubitze 2000) uğurla sınaqdan keçirilib. Bu cür sursatlar düşmənin komanda məntəqələri və ya kompakt hədəflərini məhv etmək üçün istifadə ediləcək”, - ekspert bildirib.

Kiriçevskinin sözlərinə görə, amerikan HİMARS sistemlərinə görə ruslar artıq öz sursat anbarlarının konsentrasiyasını azaltmağa başlayıb. İndi Ukrayna Silahlı Qüvvələri bu hədəfləri “Vulkano” mərmiləri vasitəsilə vuracaq.

Mütəxəssisin sözlərinə görə, dünyada bu mərmilərin sayı 2 minə yaxındır.

Qeyd edək ki, Almaniya Ukraynaya bu mərmilərdən 225 ədəd verəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru