Rusiyanın dağılmasını gözlərimizlə görəcəyik - Danilov

23-08-2022, 11:38           
Rusiyanın dağılmasını gözlərimizlə görəcəyik - Danilov
Ukraynanın bütün ərazisi işğalçılardan azad ediləcək. Rusiyanı isə başqa aqibət gözləyir - parçalanmaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

O bildirib ki, Ukrayna ordusu rusları ölkə ərazisindən qəhrəmancasına çıxarır:

“Krımda baş verənlərə gəlincə, Putinin ətrafında heç kim belə bir məqamı xəyal etməyib. Ruslar mühafizə altında olduqlarını düşünürdülər, bunun yalan olduğu ortaya çıxdı. İşğal olunmuş Krım əvvəllər ümumiyyətlə “qırmızı xətt” hesab olunurdu və Krım körpüsünün dağıdılmasını qəbuledilməz adlandırırdılar. Rusiya təkcə bunu deyil, yaxın 5-7 ildə onu gözləyən başqa amilləri də “udmalı” olacaq. Bu şərtlərlə Rusiyanın gələcəkdə parçalanmasına gətirib çıxaracaq. Biz Rusiya Federasiyasının dağılmasını öz gözlərimizlə görəcəyik”.

Bizi Tele












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru