""Azərbaycan İrana qayıtmalıdır" fikirləri mənə məxsus deyil" - Əfşar Süleymanidən AÇIQLAMA

23-08-2022, 16:50           
""Azərbaycan İrana qayıtmalıdır" fikirləri mənə məxsus deyil" - Əfşar Süleymanidən AÇIQLAMA
İranın Bakıdakı keçmiş səfiri Əfşar Süleymani haqqında yayılmış anti-Azərbaycan fikirləri təkzib edib.

TEREF.AZ xəbər verir ki, bu barədə KONKRET.az-a keçmiş səfir Əfşar Süleymani özü açıqlama verib. Səfir deyib ki, o, Azərbaycana qarşı heç bir fikir bildirməyib.

“Mən haqqımda yazılanları təkzib edirəm. Anti-Azərbaycan votsap qurupunda mənim adımdan paylaşılan “Azərbaycan İrana qayıtmalıdır” yazısı mənə məxsus deyil. Bu, olan iş deyil və İranin milli maraqlarına ziddir. Azərbaycan müstəqil qalacaq, inkişafina davam edəcək, ərazi bütovlüyü də tam bərpa olacaq və qorunacaq”, – deyə Süleymani bildirib.

Xatırladaq ki, İrandan idarə olunan “Nardaran313” telegram kanalı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərini dərc edib. Yazıda “İrandan ayrılan bütün torpaqların yenidən İrana birləşdirilməsi” barədə anti-Azərbaycan fikirləri yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru