ABŞ Polşada 12 ədəd “F-22 Raptor” qırıcıları yerləşdirib

23-08-2022, 20:44           
ABŞ Polşada 12 ədəd “F-22 Raptor” qırıcıları yerləşdirib
Regionda NATO missiyasını möhkəmləndirmək və alyansın şərq cinahını müdafiə etmək məqsədilə ABŞ Hərbi-Hava Qüvvələri Polşa ərazisində 12 ədəd “F-22 Raptor” qırıcıları yerləşdirib.

“Report” TASS-a istinadən xəbər verir ki, 12 təyyarə gündəlik uçuşlarda iştirak etməsə də, mütəmadi olaraq Avropanın hava məkanında görünür. Bu yaxınlarda Slovakiya, Estoniya, Baltik dənizi sahilləri və Avropanın cənubu üzərində təlim uçuşlarının keçirildiyi bildirilir.

Lask şəhərində olan və bu 12 qırıcının yerləşdirildiyi aviabazada ABŞ HHQ-nin daha 300 nümayəndəsi dislokasiya olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru