Ruslar İrəvanda Ukraynaya təcavüzün dayandırılmasını, Putinin həbsini tələb edəcək...

24-08-2022, 10:29           
Ruslar İrəvanda Ukraynaya təcavüzün dayandırılmasını,
Bu gün -avqustun 24-də Ukraynada Dövlət Müstəqilliyi günü keçirilən bir vaxtda Ermənistan paytaxtında daha bir anti-Rusiya toplantısı planlaşdırılır.

Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında "Hraparak" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, bəzi mənbələrə görə, aksiyanın əsil təşkilatçıları Rusiya Federasiyasının bir təşkilatda birləşmiş vətəndaşlarıdır. Və konkret olaraq yürüş haqqında ərizəni meriyaya Yuri Alekseyev adlı Rusiya vətəndaşı təqdim edıb.

Yürüş formasında olacaq aksiyanın saat 18:00-da İrəvanın Azadlıq meydanı-Şimal prospekti-Abovyan-Vazgen Sarkisyan-Beyrut küçələri-Rusiya meydanı marşrutu üzrə keçirilməsi planlaşdırılır. Daha sonra etirazçılar Rusiya meydanına və meriyanın qarşısına toplaşaraq aksiyanın başa çatdırılması planlaşdırılan Rusiyanın Ermənistandakı səfirliyinə doğru yürüş edəcəklər.

“Görüşün məqsədi İrəvan sakinlərinin diqqətini Rusiya prezidentinin anti-xalq və işğalçı siyasətinə cəlb etmək və Ukraynaya qarşı təcavüzün dayandırılmasını, Putinin həbsini və siyasi məhbusların azad edilməsini tələb etməkdir”- Ermənistan nəşrinin verdiyi məlumatda belə deyilir.

Xatırladaq ki, Moderator.az-ın öncə xəbər verdiyi kimi, iyulun 31-də Ermənistanın Gümrü şəhərində keçirilən Ukraynadakı müharibə əleyhinə pasifist yürüşdə 20-dən çox Rusiya vətəndaşı iştirak edib. Və Putin rejimi əleyhinə şüarlar səsləndirilən həmin aksiyanın da əsas təşkilatçılarından biri Yuri Alekseyev adlı Rusiya vətəndaşı olub...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru