Paşinyanla II Qaregin arasında münaqişə dərinləşir

24-08-2022, 10:25           
Paşinyanla II Qaregin arasında münaqişə dərinləşir
Ermənistanda baş nazir Nikol Paşinyanla katolikos II Qaregin arasında münaqişə dərinləşir.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, onların arasında “qara pişiyin keçməsi” Paşinyanın bu il avqustun 21-də katolikosu ad günü münasibətilə təbrik etməməsidir.

Baxmayaraq ki, əvvəlki üç ildə Paşinyan II Qaregini “operativ şəkildə” təbrik etmiş, “Erməni Apostol Kilsəsinin xalqın həyatında böyük əhəmiyyətini və rolunu” vurğulamışdı.

Onların münasibətlərində fikir ayrılığı Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən sonra, katolikos hökuməti açıq şəkildə tənqid etməyə başlayanda başlayıb. Bəzi məlumatlara görə, hökumətin nəzarətində olan media və ictimai xadimlərə katolikosun fəaliyyətini heç bir şəkildə işıqlandırmamaq tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru