ABŞ ordusu Baydenin göstərişi ilə SEPAH-a bağlı qüvvələrin mövqelərinə zərbələr endirib

24-08-2022, 10:41           
ABŞ ordusu Baydenin göstərişi ilə SEPAH-a bağlı qüvvələrin mövqelərinə zərbələr endirib
ABŞ Silahlı Qüvvələri (SQ) İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı qüvvələrin Suriyanın Der-ez-Zor şəhərində yerləşən mövqelərinə zərbələr endirib. Ordu.az xəbər verir ki, bu barədə ABŞ SQ-nin Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, Prezident Co Baydenin göstərişi ilə avqustun 23-də SEPAH-a bağlı qüvvələrin Der-ez-Zor şəhərində istifadə etdiyi infrastrukturlara yüksək dəqiqliklə zərbələr endirilib.

Pentaqon, həmçinin, bəyan edib ki, ABŞ qoşunları İŞİD terror qruplaşmasının tam məhv edilməsi və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Suriyada qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru