Liz Trass nüvə silahından istifadəyə hazır olduğunu bildirdi

24-08-2022, 11:35           
Liz Trass nüvə silahından istifadəyə hazır olduğunu bildirdi
Böyük Britaniyanın xarici işlər naziri, Baş nazirliyə namizəd Liz Trass lazım gələrsə, nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Liz Trass Birminhemdə Mühafizəkarlar Partiyasının üzvləri ilə keçirilən görüşü zamanı bildirib.

Aparıcı nazirdən belə bir qərar qəbul etməli olduğu təqdirdə necə davranacağını soruşub.

“Hesab edirəm ki, bu, baş nazirin vacib vəzifəsidir. Mən bunu etməyə hazıram”, – deyə xanım Trass deyib.

Qeyd edək ki, Böyük Britaniya Rusiya, ABŞ, Çin və Fransa ilə birlikdə nüvə beşliyindən biridir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, ölkədə təxminən 120 nüvə başlığı yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru