NATO-nun baş katibi Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyini AÇIQLADI
25-08-2022, 00:15
“Müharibə danışıqlar masası arxasında bitəcək.”
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Biz Ukraynanın Avropada müstəqil suveren dövlət kimi qalib gəlməsini dəstəkləyəcəyik və o zaman bu müharibə çox güman ki, danışıqlar masası arxasında bitəcək.”
"Və bunun nəticəsi tamamilə döyüş meydanındakı gücdən asılı olacaq, buna görə də onları dəstəkləyirik",-deyə sonda NATO-nun baş katibi qeyd edib.