ABŞ-dan terror təşkilatı PKK-ya yeni dəstək: 80 yük maşınından ibarət karvan - FOTO
25-08-2022, 11:44
ABŞ terror təşkilatı PKK/YPG-yə dəstəyini artırmağa davam edir.
Son olaraq Suriyanın şimal-şərqində silah və ləvazimatlarla dolu 80 yük maşınından ibarət karvan ələ keçirilib.
Amerika Birləşmiş Ştatlarına məxsus yük maşınları silah-sursat, nəqliyyat vasitələri və logistika materialları ilə dolu olub. Karvan Suriyanın terror təşkilatı PKK/YPG-nin işğalı altında olan şimal-şərqinə daxil olub.
Karvanın Suriyanın Haseke şəhərinin Kamışlı rayonundan keçdiyi görüntülənib. Bununla da ABŞ-ın bu il terror təşkilatının işğal etdiyi bölgələrə göndərdiyi hərbi texnika ilə dolu yük maşınlarının sayı 1205-ə çatıb. Mənbə: Haber Global