İsrail ölkədaxili işlərə qarışdığına görə Bosniya və Herseqovinadakı səfirini geri çağırıb

25-08-2022, 09:28           
İsrail ölkədaxili işlərə qarışdığına görə Bosniya və Herseqovinadakı səfirini geri çağırıb
İsrailin Bosniya və Herseqovinadakı səfiri Noah Qal Gendler ölkənin daxili işlərinə qarışdığı üçün vəzifəsindən azad edilib.

AZƏRTAC xəbər verir ki, İsrailin Baş naziri Yair Lapid Bosniya və Herseqovinadakı xorvat siyasi partiyaların seçki qanununun dəyişdirilməsi tələbini dəstəkləyən səfirin bu addımını qınayıb.

İsrail mediası xorvat siyasi partiyaların tələblərini dəstəkləyən Noah Qal Gendlerin bu addımını “İsrail diplomatiyasının ən aşağı səviyyəsi” kimi qiymətləndirib.

İsrailin Xarici İşlər Nazirliyi isə Bosniya və Herseqovina ilə yanaşı, Albaniya səfiri olan Noah Qal Gendlerin yerinə Nyu-Yorkdakı baş konsul Qalit Peleqin təyin edildiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru