“Lukaşenkonun təlxəkliyi qanla yoğrulub” - Ukrayna Lukaşenkonun təbrikinə cavab veri

25-08-2022, 09:56           
“Lukaşenkonun təlxəkliyi qanla yoğrulub” -
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynanın Müstəqillik Günü ilə bağlı təbriki rəsmi Kiyev tərəfindən hiddətlə qarşılanıb.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Lukaşenkonun ukraynalıları təbrik etməsini “təlxəklik” adlandırıb: “Görünür, Lukaşenko gerçəkdən hesab edir ki, dünya onun Ukraynaya qarşı cinayətlərdəki iştirakını hiss etmir. Ona görə də bizə ölüm saçan raketlər göndərərək, aydın səma arzulayır”.

Podolyak əlavə edib ki, “Lukaşenkonun təlxəkliyi qanla yoğrulub” və Rusiya imperiyası dağılandan sonra mütləq o da layiq olduğu cəzanı alacaq.

Qeyd eək ki, avqustun 24-ü səhər Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək, ona “sülh və aydın səma” arzulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru