Bu həftə Rusiyada referendum elan oluna bilər - İddia
25-08-2022, 11:15
Rusiyada referendum keçirilə biləcəyi iddia edilib. Yeniavaz.com “NYT”yə istinadla xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yeni açıqlama verib. O iddia edib ki, Rusiya rəhbərliyi hakimiyyət orqanlarına saxta referendumlar keçirməyə hazırlaşmağı tapşırıb. Kirbi açıqlamasında “Rusiya bu həftə ilk referendumunu elan edə bilər”, - deyib.