Taliban Tacikistana hücuma hazırlaşır

26-08-2022, 08:38           
Taliban Tacikistana hücuma hazırlaşır
Taliban hərəkatı qüvvələrini Əfqanıstanın Bədəxşan vilayətində cəmləşdirməyə, döyüşçülərini və hərbi texnikalarını Tacikistanla sərhəddən cəmi bir neçə kilometr aralıda yerləşdirməyə başlayıblar. Bildirildiyinə görə, yaraqlılar Qırğızıstanla sərhədə çatmaq üçün qəfil hücum etmək və bununla da Tacikistanın qərb hissəsini şərqdən kəsmək imkanını nəzərdən keçirirlər.

Qeyd edək ki, Dağlıq Bədəxşan Muxtar Vilayəti Tacikistan ərazisinin 42%-ni təşkil edir. Pamir xalqlarından olan Bədəxşanlılar Tacikistandan ayrılmağa çalışır.
Talibanın Bədəxşanı hədəf seçməsinin başqa önəmli səbəbi Əfqan taciklərinin bu dağlara sığınaraq rahatlıqla Tacikistana keçməsidir. Tacik döyüşçüləri çətin vəziyyətə düşən kimi Bədəxşan vilayətinə keçib orda yeni döyüşlərə hazırlaşırlar.
Talibanın Bədəxşanı ələ keçirmək imkanı var. Bədəxşan dağları və separatizm bayrağı qaldıran yeri xalq Talibanın bu şansını artırır. Üstəlik, Talibanın silahları da Tacikistandan və onu himayə edən Rusiya silahları ilə müqayisədə daha müasirdir, ötən il ölkəni tərk edən ABŞ ordusundan qalıb.
Talibanın Tacikistana hücumu baş verərsə, bu, əslində Rusiyaya qarşı ikinci cəbhənin açılması mənasına gəlir. Çünki Tacikistanı Rusiyanın 201 saylı hərbi hissəsi qoruyur və bu alay Rusiyanın xaricdəki ən böyük hərbi bazasıdır.
Heydər Oğuz
Teüref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru