ABŞ növbəti rəsmisini Tayvana göndərdi - "Biz kimisə təhqir etməyəcəyik"

26-08-2022, 12:47           
ABŞ növbəti rəsmisini Tayvana göndərdi -
ABŞ bu ay üçün sonuncu siyasətçisini Tayvana səfərə göndərib.

"Unikal" ABŞ KİV-ə istinadən xəbər verir ki, Senatın Ticarət və Silahlı Xidmətlər Komitəsinin respublikaçı senatoru Marşa Blekbern Tayvana gedib.

Onu Tayvanın Xarici İşlər Nazirliyinin baş direktoru Duqlas Yu-Tien Hsu qarşılayıb.

Marşa "Mən Pekinə mesaj göndərmək üçün Tayvana gəldim. Biz bəziləri kimi kimisə təhqir etməyəcəyik", - deyə mətbuata açıqlama verib.

O, həmçinin Birləşmiş Ştatların bütün dünyada azadlığı qorumaqda əzmkar olaraq qaldığını da deyib.

Ayrı bir bəyanatda Blekbern "Tərəfdaşlığımızı inkişaf etdirmək və gücləndirmək üçün Taypeydə liderlərlə görüşməyi səbirsizliklə gözləyirəm və belə səfərlərin ABŞ-ın çoxdankı siyasətidir", -deyə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru