“Taliban” Əfqanıstanda kriptovalyutaların çıxarılmasını və dövriyyəsini qadağan edib

27-08-2022, 10:34           
“Taliban” Əfqanıstanda kriptovalyutaların çıxarılmasını və dövriyyəsini qadağan edib
“Taliban” hərəkatı hökumətinin nəzarətində olan Əfqanıstan Mərkəzi Bankı ölkədə kriptovalyutaların çıxarılmasına və dövriyyəsinə qadağa qoyub.

Bu ay tətbiq edilən qadağa zamanı 13 nəfər həbs edilib, onların əksəriyyəti girov müqabilində sərbəst buraxılıb. Heratda 20-dən çox kriptovalyuta birjası bağlanıb.

Hadisə bəzi sakinlərin əmanətlərini saxlamaq və onların “Taliban”ın əlinə keçməsinin qarşısını almaq üçün kriptovalyutalara müraciət etdikdən sonra başlayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru