Bu ölkə Rusiya vətəndaşlarına viza verəcək

28-08-2022, 00:06           
Bu ölkə Rusiya vətəndaşlarına viza verəcək
Yunanıstanın viza mərkəzləri və konsulluqları Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini davam etdirəcək.

Cebhe.info xəbər verir ki, bu barədə "RİA Novosti"yə Yunanıstan səfirliyindən məlumat verilib.

“Yunanıstan Respublikasının əsas heyəti Moskvanı tərk etdikdən sonra Yunanıstan Respublikasının Moskvadakı Baş Konsulluğunda yalnız bir neçə nəfər işləyir, onlar mövcud vəziyyətə baxmayaraq, əvvəlki kimi, hər cür şəraiti təmin etmək üçün səy göstərməyə davam edirlər. Ölkəmizə səfər etmək istəyən Rusiya vətəndaşlarına keyfiyyətli xidmətlər göstərilməlidir”, - deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, Səyahət Agentlikləri Alyansının icraçı direktoru Natalya Osipova ruslar üçün ən asan viza proseduru olan üç ölkənin adını açıqlayıb.

"Rusiya vətəndaşlarına Şengen vizası üçün Bolqarıstan, Macarıstan və Yunanıstanın viza mərkəzlərinə müraciət etmək ən asandır. Eyni zamanda, Bolqarıstan turist vizası bir neçə Avropa ölkəsinə daxil olmaq hüququ verir", - Osipova deyib.

Əlavə edək ki, Avropa Birliyində avropalı siyasətçilərin bir sıra açıqlamalarından sonra ruslara Şengen vizasının verilməsi ilə bağlı müzakirələr başlayıb.

Estoniyanın Baş naziri Kaja Kallas isə rusiyalı turistlərin Baltikyanı respublikanın təhlükəsizliyinə təhdid yaratdığını bildirib, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis isə Aİ-ni yekdilliklə ruslar üçün vizaları ləğv etməyə çağırıb.

Xatırladaq ki, əvvəlcə Ukrayna Prezidenti Vladimir Zelenski rusların Qərb ölkələrinə girişini qadağan etməyi təklif edib.

Həmçinin bildirək ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell ruslara Şengen vizalarının verilməsinə tam qadağanın tərəfdarı olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru