"Rusiya ilə müharibədə artıq dönüş yaranıb" - General izah edib

29-08-2022, 12:03           
"Rusiya ilə müharibədə artıq dönüş yaranıb" - General izah edib
Rusiya ilə müharibədə artıq dönüşün yarandığını gpstərən ilkin təzahürlər qeydə alınıb. Bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş başçısı general Nikolay Malomuj bildirib.

Bu barədə o, «Freedom» telekanalının efirindən danışıb.

Onun sözlərinə görə, təcavüzkar artıq çoxdan dəqiq anlayır ki, irəli hərəkət etmək üçün onun imkanları olmayacaq: “Rusiyalılar nə şərq, nə də cənub istiqamətlərində irəliləyə bilməyəcəklər. Ayrı-ayrı hissələrdə (yarım kilometr - kilometr) onlar hələ irəliləyirlər, bundan sonra perspektiv yoxdur”.

O, həm də qeyd edib ki, düşmən öz resurslarını tükəndirib, vəziyyəti dəyişmək üçün hətta «gizli» səfərbərlik də kömək etməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru