“Rusiya qorxur” – Ukraynalı general müharibədə dönüş nöqtəsinin başladığını ELAN ETDİ
30-08-2022, 00:05

Ukrayna Silahlı Qüvvələrinin cənubda hücumu müharibədə dönüş nöqtəsinin başlanğıcıdır.
Sozcu.az xəbər verir ki, bu fikirləri Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj FREEDOM-un efirində deyib.
“Hesab edirəm ki, istənilən halda, bu, hələ dönüş nöqtəsinin başlanğıcıdır, çünki düşmən özünü tükəndirib. O, dəfələrlə fasilələr verdi… Biz ehtiyat hazırladıq, böyük səfərbərlik keçirdik, texnikanın böyük hissəsini və yüksək dəqiqlikli silahlar qəbul etdik… Kəşfiyyat mənbələri Rusiyanın qorxduğunu deyir”, – Malomuj deyib.
“Bu, hələlik ümumi hücum əməliyyatı olmaya bilər, lakin bunun yaxşı ilkin şərtləri var. Biz Suxoy Stavok yaşayış məntəqəsini və bir sıra digər əraziləri azad etdik. Artıq “DXR”-in 109-cu alayının rus desantlarının qaçdığı barədə məlumatlar var… Bu, artıq Rusiya əməliyyatının konkret uğursuzluğudur “, – deyə general əlavə edib.
General əməliyyata niyə məhz Xersondan başladıqlarına aydınlıq gətirib.
“Niyə ordan başladıq? Təbii ki, bu, ən mühüm strateji istiqamətdir. Biz düşməni əsas kommunikasiyalardan kəsə bilərik, xüsusilə Krımdan ya onların mühasirəyə alınmasına və ya qaçmasına şərait yarada bilərik”, – general vurğulayıb.
Eyni zamanda, Malomuj Rusiya Federasiyasının üçüncü ordu korpusunun Ukraynaya köçürülməsinə başlandığını xatırladıb:
“Biz hamımız üçüncü ordu korpusunun Krım boyunca hərəkətini, T-80 və T-90 tanklarının hərəkətini əks etdirən kadrlara baxdıq, bunlar ən son tanklardır, ən son zirehli transportyorlardır… Biz onlara icazə verə bilməzdik ki, Xerson və ya Zaporojye vilayətlərində əsas istiqamətlərdə yerləşsinlər və bizim üçün daha böyük problem yaratsınlar”.
“Düşünürəm ki, qərar (Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə bağlı) dünən verilib, son qərar. Və bu gün bu əməliyyat başlayıb”, – deyə general fikrini yekunlaşdırıb.