Nə Ermənistanın, nə də havadarlarını buna gücü çatır" - Politoloq
30-08-2022, 10:58

Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş avqustun 31-də baş tutacaq.
Ermənistan hökumətinin mətbuat xidmti bu barədə yayılan məlumatı təsdiqləyib. Bildirilib ki, görüş Brüsseldə olacaq.
Növbəti görüşdən gözləntilər nədən ibarətdir?
Məsələ ilə bağlı politoloq Sədrəddin Sultan Bakupost.az -a açıqlama verib.
O qeyd edib ki, növbəti görüşdə 10 noyabar bəyanatnın iki illiyilə əlaqədar delimitasiya və demarkasiya məsələsində ciddi addımın atılacağını gözləmir:
“Bu il bir neçə ikitərəfli görüş olub. Həmin görüşlərin nəticəsilə bağlı xoş fikir söyləmək mümkün deyil. Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmək istəmir. Həm Rusiyanın, həm də Avropa İttifaqının iştirakı ilə keçirilən həmin görüşlərdə işçi qrupunun yaranması, sərhədlərin delimitiasiya və demarkasiya məsələsilə bağlı fikirlər səslənmişdi, eyni zamanda Ermənistan tərəfi də üzərinə öhdəlik götürmüşdü. Amma Brüsseldə keçirilən sonuncu görüşdən sonra heç bir işçi qrupu toplanası olmadı. Ermənistan tərəfi əksinə, Azərbaycana qarşı əsassız iddialar irəli sürdü. Eyni zamanda Ermənistan tərəfi yol xəritəsini vermədi, qanunsuz silahlı birməşmələrinin Qarabağdan çıxarılmasına səy göstərmədi. Eləcə də Zəngəzur dəhlizilə bağlı məsələnin həyata keçməsində çeşidli fikirlər, bəhanələr irəli sürməklə prosesi uzatdı. Hesab edirəm ki, Ermənistan özbaşına deyil. Paşinyan Avropa rəsmilərinə böyük vədlər verir, onlara "baş üstə" deyir, amma sonra Moskva qarşısında hesabatda tamam fərli istiqamət alır. Çünki Moskva ona fərqli tapşırıqlar verir və Ermənistan həmin göstəriş əsasında hərəkət edir”.
Politoloq növbəti Brüssel görüşündə gündəliyə gələcək bir sıra məsələlərə də toxunub:
“Hesab edirəm ki, bu görüşdə də ötən görüşdəki kimi, ermənilərin irəli sürdüyü əsir məsələsi, Azərbaycanın minalanmış ərazilərinim xəritəsini, qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdam çıxarılması məsələsi gündəliyə gələcək. Rus sülhməramlıları ilə bağlı bu və ya digər məsələlərin müzakirə olunacağı da gözlənilir. Yenidən işçi qrupunun fəaliyyətilə bağlı məsələlər də ortalığa çıxacaq. Amma hələ də yekun, yaxud elə də ciddi irəliləyişin baş verəcəyinə inamım çox azdır”.
Sədrəddin Sultan hesab edir ki, Ermənistan havadarları ilə birlikdə əldə edilmiş razılıqların həyata keçirilməsini ləngidə bilər:
“Azərbaycan bütün dünyaya sübut etdi ki, onun öz torpaqlarını qorumaq üçün hər cür imkan və şəraiti var. Hakimiyyətin bu istiqamətdə atdığı addımları xalq daim dəstəkləyir, birlik nümayiş etdirir. Lakin Ermənistanın Azərbaycana qarşı hər hansı işğalçı addımı atmasına imkanı və gücü yoxdur. Çünki Ermənistanda parçalanmalar var. Həmçinin ölkədə müxalifət deyilən kəsim Cənubi Qafqazda birbaşa Rusiyanın tapşırıqlarını həyata keçirir. Hakimiyyətdə isə yarısı Rusiya, yarısı Qərbə doğrutərəddüd edənlərdir. Ermənistanın vəziyyəti elə ağır durumdadır ki, onlar nə işğal olunan torpaqlardan birdəfəlik çəkilə, nə iki ölkə arasında münasibətlərin normallaşdırmağa, nə sülh sazişini imzalamağa, nə sərhədlərin müəyyənləşməsinə gedə bilirlər. İkinci tərəfdən, revanşist addımlar ata da bilmirlər. Onları dəstəkləmək üçün heç Rusiyanın da əvvəlki gücü yoxdur. Zəifləmiş dövlətin Azərbaycanda, Gürcüstanda, yaxud Cənubi Qafqazda yeni bir cəbhə açmağa heç bir iqtisadi, hərbi, sosial, mənəvi imkanı yoxdur. Odur ki, yenidən münaqişənin başlaması, hərbi əməliyyatların keçiriləməsi, ermənilərin işğalçılıq siyasətini davam etdirməsi mümkünsüzdür. Çünki nə Ermənistanın, nə də havadarlarını buna gücü çatar. Sadəcə Ermənistan havadarları ilə birlikdə əldə edilmiş razılıqların həyata keçirilməsini ləngidə bilər, ecə ki ləngidirlər”.