Ukraynada dəhşətli silahlar istifadə edilə bilər

31-08-2022, 08:26           
Ukraynada dəhşətli silahlar istifadə edilə bilər
Ukrayna Silahlı Qüvvələrinin Xersonda rusların birinci müdafiə xəttini yarması Kiyev üçün çox önəmli bir hadisədir. Ancaq bu, Rusiya və regional proseslər baxımından yeni, daha təhlükəli mərhələnin başlamasına səbəb ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi Əli Fuad Gökçə deyib. Alimin fikrinə görə, tərəflərin döyüşlərdəki mövqeləri əvvəl-axır qurulacaq müzakirə masasına birbaşa təsirini göstərəcək:

“Döyüşlərin nəticələrinin sözügedən istiqamətdə inkişafı Rusiyanı daha da narahat edəcək. Belə vəziyyət isə Kremli daha fərqli qüvvələrdən və bəşəriyyət üçün təhlükə yarada biləcək silahlardan istifadəyə sövq edə bilər. Çünki Rusiya məğlub olsa, daha ağır siyasi, sosial və iqtisadi nəticələrlə üzləşəcək. Əlbəttə, Ukraynanın qazandığı son uğurda Qərbin göndərdiyi silahların və orada vuruşan xarici legionun rolu böyükdür. Bundan sonra Rusiya da daha ağır silahlardan və muzdlulardan istifadəni artıra bilər. Məsələ ilə bağlı artıq Çin və Şimali Koreya ilə danışıqlar da gedir. Ukraynanın işğal altında olan torpaqlarını qurtarması üçün hücumdan başqa yolu yoxdur. Ən önəmli olan isə sülhün vəziyyət gərginləşmədən əldə edilməsi idi. Döyüşlər yenidən şiddətləndikdən sonra tərəflər müzakirə masasından daha da uzaqlaşdı. Növbəti mərhələdə müharibə meydanında tərəflərin qazandıqları və itirdikləri müzakirə masasına birbaşa öz təsirini göstərəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru