Azərbaycan və Bolqarıstan IGB vasitəsilə təbii qaz nəqlini müzakirə edir

31-08-2022, 12:49           
Azərbaycan və Bolqarıstan IGB vasitəsilə təbii qaz nəqlini müzakirə edir
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bolqarıstanlı həmkarı Rosen Xristov ilə Yunanıstan-Bolqarıstan İnterkorrektoru (IGB) vasitəsilə oktyabrın 1-dən başlanması planlaşdırılan təbii qaz nəqlini müzakirə edib.

“Report” Bolqarıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan qazının müəyyən olunmuş vaxtda nəql ediləcəyi təsdiqlənib.

Tərəflər, həmçinin Bolqarıstana əlavə həcmdə Azərbaycan qazının nəqlinin texniki imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya - İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru