Azərbaycandan Naxçıvana avtomobil yolu açılır - RƏSMİ İRƏVAN AÇIQLADI

1-09-2022, 10:16           
Azərbaycandan Naxçıvana avtomobil yolu açılır -
Azərbaycanın qərb rayonlarından Naxçıvana mümkün avtomobil marşrutu tranziti inkişaf mərhələsindədir.

TEREF axar.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

“Sputnik” Ermənistan Milli Təhlükəsizlik Xidmətindən Azərbaycanla sərhəddə 3 sərhəd-keçid məntəqəsi açılacağı barədə 18 avqustda yayılan məlumata aydınlıq gətirilməsini istəyib. Belə ki, bu sərhəd-buraxılış məntəqələrinin açılmasını Milli Təhlükəsizlik Xidməti təklif edib.

Ermənistan MTX-dən bildirilib ki, layihəyə əsasən, açılacaq 3 sərhəd-buraxılış məntəqəsinin köməyi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil nəqliyyatının hərəkətini təmin etmək olacaq:

“Hazırda mümkün avtomobil marşrutları və prosedurlar üzərində iş gedir. Müvafiq qərarlar qəbul edildikdən sonra daha müfəssəl bilgi veriləcək”.

Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədində bu sərhəd-buraxılış məntəqələrinin açılması təklif edilir:

- “Sotk”-“Kəlbəcər”, Göyçə rayonu/Kəlbəcər rayonu;

- “Arazdəyən”-“Sədərək” – Vedi rayonu/Sədərək rayonu

- “Qaraunc”-“Eyvazlı” – Zəngəzur rayonu/Qubadlı rayonu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru