PUTİNƏ QARŞI SİLAHLI MÜQAVİMƏT HƏRƏKATI ELAN OLUNDU – Siyasi mərkəz Kiyevdə yerləşəcək

2-09-2022, 00:02           
PUTİNƏ QARŞI SİLAHLI MÜQAVİMƏT HƏRƏKATI ELAN OLUNDU –
Putinə partizan müharibəsi elan olundu - Təşkilatlar birləşdi, koordinatlar açıqlandı... Rusiya müxalifəti Putinə qarşı silahlı müqavimətin başlanmasını rəsmi qaydada təsdiqləyib.

Bu barədə Rusiya Dövlət Dumasının sabiq deputatı, müqavimətin koordinatoru və lideri İlya Ponomaryov açıqlama yayıb.

İrpendə "Azad Rusiya" legionu, "Rus könüllülər korpusu" və "Milli Respublika ordusu" arasında Putinə qarşı Rusiyanın daxilində silahlı müqavimətə başlamaq üçün birgə fəaliiyət barədə deklarasiya imzalanıb. Silahlı müqavimətin birgə siyasi mərkəzi Kiyevdə yerləşəcək. Müqavimətin məqsədi Putinin devrilməsi və Rusiyada demokratik dövlətin qurulmasıdır.

Dünənki toplantıda Ukrayna tərəfindən Prezident Administrasiyasının məsləhətçisi Aleksey Arestoviç, Ukrayna daxili işlər nazirinin köməkçisi Anton Qeraşenko, Krım tatarlarının lideri Mustafa Cəmiloğlu və başqaları iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru