Sevinc xanım, bu mövzular üstünlük qazana biləcəyiniz mövzular deyil...
2-09-2022, 09:16

Dünən Sevinc Osmanqızı canlı yayım zamanı adımı çəkərək məni təhqir etdi(Əli Əliyev haqqında yazılarıma görə). Təhqirdən əlavə hədə qorxu tipli "xəbərdarlıq" səsləndirdi.
Sevinc xanım deyəsən məni tanımır və hesab edir ki, mənimlə bu tonda danışmaq olar. Sevinc xanım, olmaz! Mən sizdən ilk növbədə canlı yayım vasitəsilə üzr istəməyinizi tələb edirəm.
Teref.az yazır ki, bunu Kamran Cəfərli yazır.Daha sonra Kamran bəy yazır:
Keçək mətləbə.
1. Sevinc xanım iddia edir ki, Əli Əliyev barədə yazdıqlarım şər böhtandır.
Fikir bu dərəcədə absurddur ki, cavab verməyə dəyməz. Mən açıqladığım məsələlər təkzibedilməz həqiqətdir və bunu çox adam bilir, 10000 sübut var.
2. Sevinc xanım deyir ki, yazılarımdan "hansı siyasi qüvvəyə dəstək verdiyi bəllidir", hansı? Sonra deyir ki, "hakimiyyətin sifarişini icra edir". Elə çıxır ki, hakimiyyətə dəstək verirəm. Sevinc xanım, gülməli deyilmi?
3. Sevinc xanım maddi maraqlar məsələsinə toxundu.
Deyim biləsiniz, Əli Əliyev mənim evimdə yaşayır, hər gün mənim masamın arxasında çörək yeyir, mənim televizoruma baxır, öz ofisində oturduğu stullar da, mənim stullarımdır(gülməli olsa da, zarafat deyil). Söhbət əlbəttə ki televizordan, stuldan, masadan getmir, maddi məsələlərə toxunuruqsa misal gətiriləsi qat-qat böyük məsələlər var. Amma mövzu maddiyyat deyil axı, MAHİYYƏTDİR. Əli Əliyev mahiyyət etibarı ilə əxlaqsız və prinsipsiz insandır və bunu öyrənmək üçün həyatımda çox şeyləri itirmişəm.
Sevinc xanım, bu mövzular üstünlük qazana biləcəyiniz mövzular deyil. Mən də, "üstünə gedə biləcəyiniz" adam deyiləm.
Kamran Cəfərli
Teref.az