Putin ölkəni tam ələ keçirmək istəyir: Yeni hücum qüvvələri yaradacaq

2-09-2022, 11:37           
Putin ölkəni tam ələ keçirmək istəyir:
“Rusiya rəhbərliyi yəqin ki, payız-qış aylarında Ukraynaya qarşı hücumu gücləndirmək üçün yeni qüvvələr yaratmağa hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Ekspertlər vurğulayırlar ki, Putinin Ukraynada “anti-Rusiya anklavı”nı ləğv etmək planları ilə bağlı bəyanatı, eləcə də ukraynalılara qarşı köhnə aqressiv ritorikanı təkrarlaması Rusiya prezidentinin maksimalist niyyətlərindən əl çəkmədiyini və bütün ölkəni ələ keçirmək istədiyini göstərir.

Eyni zamanda, Donbasın sentyabrın 15-nə qədər ələ keçirilməsi ekspertlər tərəfindən mümkünsüz hesab edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru