Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) dərc elədiyi hesabata görə, artıq beşinci aydır ki, əsas ərzaq məhsullarının ucuzlaşması fonunda dünya ərzaq qiymətlərinin barometri aşağı düşür.
Hesabata görə, avqust ayında ərzaq qiymətlərinin indeksi 138,0 olub, bu isə iyul ayındakına nisbətən 1,9 faiz az, lakin ötənildəkindən 7,9 faiz çoxdur. İndeks əsas ərzaq məhsullarının dünya qiymətlərinin aylıq dəyişikliklərini əks etdirir.