Almaniya Ukraynaya əlavə 200 milyon avro ayırmaq istəyir Almaniya Ukraynaya əlavə 200 milyon avro ayırmaq istəyir4 Sentyabr 2022 08:49
4-09-2022, 09:22
Almaniya hakimiyyəti əhaliyə ödəniş etmək üçün Ukraynaya əlavə 200 milyon avro köçürməyi düşünür.
Publika.az xəbər verir ki, bunu Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulze deyib.
Onun sözlərinə görə, o, bu məsələni Ukraynanın baş naziri Denis Şmıxalla müzakirə etməyə hazırlaşır.
"Pul, Ukraynanın məcburi köçkün vətəndaşlarının özlərini ehtiyac duyduqları hər şeylə təmin etməyə davam etmələrinə kömək edəcək", - nazir deyib.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, xüsusi əməliyyat başlayandan bəri yeddi milyona yaxın ukraynalı öz yaşayış yerini tərk edib.