Patriarx Kirilldən varlılara çağırış: “Pulu ehtiyacı olanlarla bölüşsünlər”

5-09-2022, 08:58           
Patriarx Kirilldən varlılara çağırış:
“İmkanlı adam ehtiyacı olanlara kömək etmək istəmirsə, bu, “cəhənnəmə aparan yoldur””

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Rusiyadakı zəngin insanları pulu ehtiyacı olanlarla bölüşməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rus Pravoslav Kilsəsinin rəhbərinin sözlərinə görə, pullarının bir hissəsini başqalarına verəcək insanlar yalnız sərvətlərini artıracaqlar.

“Əgər varlı adam öz vəsaitinin əhəmiyyətli bir hissəsini başqalarına - ehtiyacı olanlara, əziyyət çəkənlərə verə bilsə, onda var-dövlətə sahib olmağa haqq qazanar. Və bu şəxs öz sərvətini artırar. Rəbbim ona maddi imkanlarını artırmağa kömək edəcək”, - deyə Kirill qeyd edib.

Patriarx onu da bildirib ki, əgər imkanlı adam ehtiyacı olanlara kömək etmək istəmirsə, bu, “cəhənnəmə aparan yoldur”.

“Əgər varlı bir adam başqasının kədərini görmürsə və kömək etmirsə, bu, Allahdan, Məsihdən və Onun hökmranlığından uzaq bir yoldur. Bir insanın pulu nə qədər çox olarsa, yer üzündəki varlığı üçün bir o qədər məsuliyyət daşıyır", - Patriarx əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru