Amerikalı general: “ABŞ-ın məqsədlərinə Rusiyanın “de-imperializasiyası” daxil olmalıdır”

5-09-2022, 08:23           
Amerikalı general:
Amerika Birləşmiş Ştatlarının hərbi məqsədləri arasında Rusiyanın "de-imperializasiyası” da var.

"Report” xəbər verir ki, bu fikri təqaüddə olan amerikalı general-leytenant, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, İraq və Əfqanıstan müharibələrinin veteranı Ben Hodces tviter səhifəsində yazıb.

"Düşünürəm ki, bu münaqişədə ABŞ-ın hərbi məqsədləri Rusiyanın "de-imperializasiyasını” ehtiva etməlidir. Mənə elə gəlir ki, biz bu gün göründüyü kimi Rusiya Federasiyasının sonunun başlanğıcının şahidiyik. Bunun üçün hazır olmalıyıq. Biz SSRİ-nin dağılmasına da hazır deyildik” general yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru