Dünya Avropa Ukraynaya 500 milyon yardım ayırır

6-09-2022, 08:08           
Dünya  Avropa Ukraynaya 500 milyon yardım ayırır
Avropa Komissiyası və Ukrayna Kiyevə 500 milyon avro yardım göstərilməsi haqqında saziş imzalayıb.

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Samer Brüsseldə mətbuat konfransı zamanı bildirib.

“Avropa Komissiyası və Ukrayna bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyenin elan etdiyi öhdəliklər çərçivəsində 500 milyon avro məbləğində yeni büdcə dəstəyi proqramı imzalayıb.

Bu yardım apreldə “Ukraynaya dəstək” kampaniyası çərçivəsində, mayda isə Varşavada keçirilən yüksək səviyyəli beynəlxalq donor konfransının bir hissəsi kimi elan edilib”, - deyə Samer bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru