Zelenski: "Ukrayna ordusu bir neçə istiqamətdə əks-hücuma keçib"

6-09-2022, 08:40           
Zelenski: "Ukrayna ordusu bir neçə istiqamətdə əks-hücuma keçib"
Ukrayna Prezidenti: "İstəyirəm, düşmən bizdən sürprizlər alsın"

Ukrayna ordusu bir neçə istiqamətdə əks-hücuma keçib. Bu barədə AYNA Ukrayna Prezidenti Volodimir Zelenskinin “ABC NEWS” telekanalına müsahibəsinə istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, Ukrayna qoşunlarının diqqəti təkcə Xerson vilayətində hücuma yönəlməyib. Müdafiəçilərin əks-hücum fəaliyyəti üçün bir çox istiqamətlər var.

Jurnalist Ukrayna hərbçilərinin niyə məhz Xerson vilayətində əks-hücum əməliyyatı barədə soruşub.

"Mən əks-hücumun təkcə Xerson istiqamətində olduğunu deməzdim... İstiqamət və ya istiqamətlər var - çoxdur və biz irəliləməliyik", - Prezident cavab verib.

Eyni zamanda, Zelenski qeyd edib ki, heç bir hərbi əməliyyatın təfərrüatları barədə danışa bilməz.

“İstəyirəm, düşmən bizdən sürprizlər alsın”. – dövlət başçısı vurğulayıb.

Zelenski qeyd edib ki, olduqca ağır müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir.

"Bu vəzifə çətindir və bu, təkcə bizdən asılı deyil, əminəm ki, belə də olacaq. Bu, sadəcə, zaman məsələsidir", - Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, ölkə öz torpağını düşmənə verməyəcək.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru