“Avropa İttifaqında silah ehtiyatı tükənir” - Borrel
6-09-2022, 07:50
Avropa İttifaqı ölkələri Ukraynaya silah və döyüş sursatı göndərməkdə davam etdiyindən, onun ehtiyatları tükənir.
Xəbər verildiyi kimi, bu barədə bazar ertəsi blokun baş diplomatı Jozep Borrel xəbərdarlıq edib («UNİAN»).
«Üzv dövlətlərin çoxunun hərbi ehtiyatları mən deməzdim ki, qurtarıb, amma əhəmiyyətli dərəcədə tükənib, çünki biz, ukraynalılar üçün böyük potensialı təmin edirik» - o, avropalı qanunçularla debatlar zamanı bəyan edib.