Si Cinpin Baydenə xəbərdarlıq edib - Demokratiya tənəzzül edir

6-09-2022, 09:17           
Si Cinpin Baydenə xəbərdarlıq edib - Demokratiya tənəzzül edir
Çin Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenə demokratiyanın tənəzzülü barədə xəbərdarlıq edib.

Lent.az REN TV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti deyib.

Çin Sədri ona demokratiyaların 21-ci əsrdə yaşaya bilməyəcəyi barədə xəbərdarlıq edib. Si Cinpinin fikrincə, daha uğurlu idarəetmə forması avtokratiyalar (nəzarətsiz və qeyri-məhdud tamhakimiyyətlilik forması) olacaq.

“O izah etdi ki, demokratiyalar konsensus tələb edir və hadisələr o qədər sürətlə gedir ki, konsensusa nail olmaq mümkün deyil”, - deyə Bayden Si Cinpinlə söhbəti barədə bildirib.

Ağ Evin rəhbəri izah edib ki, bu, Si Cinpinin fikrincə, avtokratiyaları daha uğurlu edəcək. ABŞ prezidenti bu mövqe ilə qəti şəkildə razılaşmır.

Bayden onu da bildirib ki, o, ÇXR lideri ilə digər dövlət başçılarından daha çox danışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru