Məhv edilən Urmu gölü və ya İranın "yezidliyi"

7-09-2022, 09:22           
Məhv edilən Urmu gölü və ya İranın "yezidliyi"
70 il bundan əvvəl Güney Azərbaycanın ən böyük gölü Urmuda həyat qaynayırdı. Göl üzərində canlı aləm o qədər sıx idi ki, hətta quş ovlamaq istəsən, əlinə tüfəng almağa belə ehtiyac yox idi. Sadəcə bir motorlu qayıq tapıb Urmu gölündə səyahətə çıxmaq yetərdi. Geri qayıdandan qayığın "dinc yolla" tutduğun ördək, qaz və s. quşlarla dolub daşardı.
Bu gün isə fars-molla rejiminin "yezidliyi" nəticəsində Urmu gölü quruyur. Məqsəd Güney Azərbaycanı susuz buraxmaq, duz fırtınalarının tuğyan etdiyi həyatdan yoxsul məmləkətə çevirmək və soydaşlarımızı köçə zorlamaqdır. Fars-molla rejiminin Azərbaycana düşmənçiliyindən təkcə soydaşlarımız deyil, bütünlüklə canlı aləm əziyyət çəkir. Bu baxımdan İranın "yezidliyi" Yezidin yezidliyindən qat-qat daha ağırdır. Şiə dünyası isə nədənsə sadəcə Yezidi lənətləməklə kifayətlənir.
1950-ci ildə Urmu gölündə çəkilmiş bu video da dediklərimizi təsdiqləyir.
Heydər Oğuz
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru