David Babayan ABŞ-a hansı ölkənin vətəndaşı kimi səfər edib? - Dövlət Departamentindən AÇIQLAMA

7-09-2022, 09:59           
David Babayan ABŞ-a hansı ölkənin vətəndaşı kimi səfər edib? -
ABŞ Dövlət Departamenti özünü separatçı "Dağlıq Qarabağın xarici işlər naziri" kimi təqdim edən David Babayanın Vaşinqtona səfərinə münasibət bildirib.

Teref.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü APA-nın sorğusuna cavab olaraq qeyd edib ki, Dövlət Departamentinin Babayanın səfəri ilə heç bir əlaqəsi yoxdur.

"Birləşmiş Ştatlar özünü elan etmiş (tanınmamış) “Artsax respublikasını” tanımır. Dövlət Departamenti bu səfərin bir hissəsi deyil".

Babayanın hansı statusda ABŞ səfəri ilə bağlı Dövlət Departamentinin sözçüsü bildirib ki, viza məsələləri ABŞ qanunlarına əsasən məxfidir.

"Ona görə də biz ayrı-ayrı hallara münasibət bildirə bilmərik. Birləşmiş Ştatlara səfər etmək üçün viza müraciətləri İmmiqrasiya və Vətəndaşlıq Aktı (INA) və müvafiq qaydalar daxil olmaqla, bütün qüvvədə olan qanunlara uyğun olaraq həll edilir", - Dövlət Departamentinin sözçüsü qeyd edib.

Xatırladaq ki, ABŞ-dakı erməni diasporası David Babayanın sentyabrın 19-da Vaşiqtona səfər edəcəyi və görüşlər keçirəcəyi barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru